Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Yeni təyin edilən icra başçılarına böyük etimad göstərilir

0

  •       25 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib. Qəbulda Cənab Prezident İlham Əliyev Masallı, Lerik və Göygöl rayonlarının yeni icra başçıları ilə görüşmüş və öz tövsiyyəsini vermişdir. Cənab Prezident onlara böyük etimad göstərildiyini bildirdi, işlərində bu etimadı doğruldacaqlarını əminliklə qeyd etdi.    O, çıxışında ilk öncə qeyd etdi ki, son illərdə bütün rayonlarda sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində böyük işlər görülmüşdür, abadlıq, quruculuq böyük infrastruktur layihələri icra edildi. İnsanları narahat edən bir çox problemlər öz həllini tapmışdır.    Eyni zamanda Cənab Prezident öz çıxışında bildirdi ki, müharibədən əziyyət çəkən vətəndaşlara daim diqqət və qayğı göstərilməlidir. Bu günə qədər 6650 şəhid ailəsinə dövlət tərəfindən mənzillər, evlər, 6000-dən çox şəhid ailəsinə minik avtomobilləri verilmişdir. Bu dövlətimizin şəhid ailələrinə olan münasibətinin təzahürüdür və dəstəyidir.       Cənab Prezident bundan sonra da vətəndaşların sosial məsələlərinin daim diqqət mərkəzində olmasını tələb etmişdir. Başçılara ölkə vətəndaşlarının rifahının dirçəlməsinə xidmət edən humanist insan olmaqlarını tövsiyyə etmişdir. Elnarə Həsənova,Xocalı rayon ziyalısı 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib33 dəfə
    Yeni təyin edilən icra başçılarına böyük etimad göstərilir

    Maraqlı gələ bilər
    32
    45
    23
    41
    24
    31
    0